Məşhur rus filmi Ukraynada qadağan edildi

Rusiya istehsalı məşhur “Brat-2” filminin Ukraynada nümayişi və satışı qadağan edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın kino məsələləri üzrə dövlət agentliyi açıqlama yayıb.

Agentliyi açıqlamasında bildirilir ki, adıçəkilən filmdə ukraynalıları alçaldan səhnələr yer aldığına görə, filmin nümayişi və satışı qadağan edilib: “Ölkənin şərqində döyüşlər gedərkən bu filmin nümayişi düzgün deyil”.

Qeyd edək ki, Ukraynada “Kapitan Çernyaevin həyatından” və “Pautina 8” teleseriallarının da nümayişi qadağan edilib.

Ekspertlərin fikrincə, bu filmlər Rusiya güc strukturlarının xeyrinə işləyir və onların müsbət imicini formalaşdırır.
Aleksey Balabanovun “Brat-2” filmi 2000-ci ildə ekranlara çıxıb. Onun qəhrəmanları Baqrov qardaşları ABŞ-a yola düşürlər. Çikaqoda “Tatar” ləqəbli böyük qardaş Ukraynadan gəlmələrdən ibarət olan bandit qruplaşmasını məhv edir. …read more

From:: ANS