Bakıda 7 yaşlı qız başından əməliyyat olundu (VİDEO)

Neyrocərrahiyyə xəstəxanasında unikal əməliyyat nəticəsində 7 yaşlı balaca Təranənin başından qiqant ölçülü exinokok kisti çıxarılıb. Əməliyyatı həyata keçirən Bəhmən Yadigarov bildirib ki, indiyə qədər bu cür əməliyyatlar olub. Lakin ilk dəfə insan başından bu böyüklükdə kist çıxarılıb. Onun sözlərinə görə, əməliyyat zamanı kista zədələndiyi hallda uşağın bütün bədəninə yayılacaqdı. Bununlada Təranəni xilas etmək mümkün olmayacaqdı.

“Əməliyyat uğurla başa çatıb. Exinokok kisəsi tam şəkildə beyindən xaric olundu. Hazırda xəstənin vəziyyəti kafi qiymətləndirilir. Huşu aydındı. Uşaq olduğuna görə onun beyni inkişafdadır. Bir müddətdən sonra həmin boşluq beyin toxumaları ilə dolacaq” – deyə neyrocərrah Bəhman Yadigarov bildirib.

Həkimin sözlərinə görə, mərkəzi sinir sistemində exinokok kistasına tutulan xəstələrə tez-tez rast gəlmək olar. Əsas da əyalətdə maldarlıqla məşqul olan ərazilərdə. Onun sözlərinə görə, exinokok uzun müddət ərzində inkişaf edir və bu müddət ərzində beyin toxmasını sıxaraq özünə adaptasiya edir.

Uşağın nənəsinin sözlərinə görə, əvvəllər sağlam və gümrah olan nəvəsinin vəziyyəti günbəgün pisləşməyə başlayıb. Gözündə çəpləşmə əmələ gəldi, başı gicəllənirdi. Ancaq heç bir dərman və iynələr uşağın narahatlığını aradan qaldıra bilmirdi. Məhz, bu səbəbdən balaca Təranənin valideynləri uşaqla birgə Ağcabədidən şəhərə üz tutmağa məcbur olurlar.

“Görürdüm ki, uşağın vəziyyəti günü-gündən pisləşir. Ağdamada bir həkim var idi, uşağı ona göstərdik. O, dedi ki, təcili olaraq uşağı Bakıya aparın, orda müalicə olunsun” – deyə Təranənin nənəsi Zümrüd Hacıyeva vurğulayıb.

Hazırda 7 yaşlı Təranənin vəziyyəti normaldı. Keçirilən ağır əməliyyatdan sonra, çarpayıda olsa belə o, bizim suallara aydın və səlist cavab verdi. Hətta tez bir zamanda ayağa qalxıb dərsə gedəcəyini də dilə gətirməyi unutmadı.

Əməliyyat olunan Təranə Hacıyeva deyir ki, ilk öncə həkimə təşəkkür edirəm ki, məni baş ağrısından xilas etdi.

Hər halda, bəxti gətirən bu balaca qızcığaz hələ bir iki həftə xəstəxanada yatmalı olacaq. Tam ayaqüstə qalxana qədər.

…read more

From:: ANS