Şəhriyar rus qrossmeysterə “qan uddurdu”

Tiflisdə kişi şahmatçılar arasında FİDE Qran-Prisinin 3-cü mərhələsinin 3-cü turunun qarşılaşmaları keçirilib. ANS PRESS-in məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenə də məhsuldar partiya ilə yadda qalıb.

Rusiyalı Dmitri Andreykinlə qara fiqurlarla oynayan Məmmədyarov slavyan müdafiəsini seçib. 22-ci gedişdə piyada qurban verən həmyerlimiz, 25-ci gedişdə təşəbbüsə yiyələnib. Rusiyalı qrossmeysterin ciddi müqavimət göstərməsinə baxmayaraq, Şəhriyar rəqibini 57-ci gedişdə kapitulyasiyaya məcbur edib.

Bu qələbədən sonra Məmmədyarov xal ehtiyatını 2-yə yüksəldib.

Digər həmyerlimiz Teymur Rəcəbov isə qara fiqurlarla daha bir rusiyalı – Pyotr Svidlerlə qarşılaşıb. İlk 2 turda olduğu kimi, Rəcəbov yenə də xalları yarı bölüb.

Üç turdan sonra rusiyalı Yevgeni Tomaşevski 2,5 xalla yarışın vahid lideridi. Onu Şəhriyar Məmmədyarov, Aniş Giri (Hollandiya) və Dmitri Yakovenko (Rusiya) təqib edirlər. Hər üç qrossmeysterin aktivində 2 xal var. …read more

From:: ANS