Böyük Qarabağ sülhünə doğru

“Böyük sülh sazişi kimi ciddi prosesin baş tutmaması və münaqişənin həll edilməməsi üçün Ermənistanın yalan və bəhanələrinin həddi yoxdur” .

ANSS PRESS Xarici İşlәr Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya müsahibәsini təqdim edir.

– ATƏT Minsk qrupunun həmsədrlərinin regiona səfəri və Böyük sülh sazişinin layihəsi üzərində işə başlamağın perspektivlərini necə şərh edərdiniz?

– Xoş niyyətlə aparıldığı təqdirdə, danışıqlar uğurla nəticələnə bilər. Azərbaycan tərəfindən danışıqlar prosesində konstruktiv və açıq münasibət nümayiş olunduğu halda, təəssüflər olsun ki, Ermənistan tərəfindən belə bir xoş niyyət müşahidə olunmur və siyasi möhtəkirlik xətti yürüdülür. Həmsədrlərin regiona son səfəri zamanı Azərbaycan tərəfindən bütün səviyyələrdə ciddi danışıqlara hazırlıq bir daha ifadə olundu və bu fakt həmsədrlərin özləri tərəfindən də etiraf olunur.

ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən Böyük sülh sazişinin layihəsi üzərində tez bir zamanda işə başlamağa dair çağırışın edilməsinə baxmayaraq, Ermənistan tərəfindən bu çağırışa adekvat cavab verilməyib. Danışıqlar prosesində dalana dirəndiyini görən Ermənistan məqsədyönlü şəkildə təxribata və bəhanələrə üz tutub. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik, xüsusilə məhz prezidentlərin Paris görüşündən sonra işğal olunmuş ərazilərdə genişmiqyaslı təlimlərin keçirilməsi Ermənistanın təxribat planlarının ayrılmaz tərkib hissələridir ki, burada da məqsəd Böyük sülh sazişindən diqqəti yayındırmaqdır.

Siyasi baxımdan isə Ermənistan bəhanələrlə, yəni törəmə və simptomatik məsələləri gündəmə gətirməklə əsas hədəfdən – Böyük sülh sazişi üzərində işə başlamaqdan yayınmağa çalışır. Baxın, Azərbaycan Böyük sülh sazişi üzərində işləməyə hazırlığını ifadə etdiyi halda, Ermənistan prinsiplər məsələsini bəhanə gətirdi. Guya ki, prinsiplər razılaşdırılmalıdır, ondan sonra Sülh sazişi üzərində işə başlanılmalıdır. Görəsən Ermənistan indi hansı prinsiplərdən danışır? Bəs, bundan əvvəl Ermənistan bütün səviyyələrdə yenilənmiş Madrid prinsiplərini dəstəklədiyini bildirirdi?

Böyük sülh sazişi kimi ciddi prosesin baş tutmaması və münaqişənin həll edilməməsi üçün Ermənistanın yalan və bəhanələrinin həddi yoxdur. Təsadüfi deyil ki, 6 fevral 2015-ci il tarixində Münhendə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan xarici işlər naziri ilə görüşündən sonra həmsədrlərin bəyanatında Böyük sülh sazişi üzərində tez bir zamanda işə …read more

From:: ANS