Bu ölkələrin oyunu azərbaycanlı hakimə tapşırıldı

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin hakimləri açıqlanıb.

ANS PRESS-in məlumatına görə, Orxan Məmmədovla Mübariz Həşimov Polşada keçiriləcək 4-cü qrupun oyunlarına təyinat alıb.

Hakimlərimiz qrupun 6 oyunundan 3-də iş başında olacaq. Orхan Məmmədov İrlandiya – Yunanıstan və İrlandiya – Polşa oyunlarına baş hakim, Mübariz Həşimov yan хətt hakimi kimi təyinat alıb.

Orхan Məmmədov Polşa – Yunanıstan oyununla dördüncü hakim funsiyasını yerinə yetirəcək. Mübariz Həşimov isə baş hakimin köməkçilərindən biri olacaq.

Qeyd edək ki, qrupun oyunları martın 21-26-də Polşada keçiriləcək. …read more

From:: ANS