Yeni müdafiə naziri and içdi

Ağ evdə vitse-prezident Cozef Baydenin iştirakı ilə Vaşinqtonda yeni müdafiə naziri Eşton Karterin andiçmə mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, mərasim soyuq hava şəraiti ilə əlaqədar federal hökumətin çalışmadığı gün baş tutub.

E.Karter Prezident Barak Obamanın 6 illik hakimiyyəti dövründə dördüncü müdafiə naziri kimi and içib. Altmış yaşlı Eşton Karter ABŞ-ın müdafiə naziri vəzifəsində Çak Heygeli əvəz edir.

Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmisinin sözlərinə görə, Eşton Karterin verdiyi əsas mesaj bundan ibarətdir: “İndi ölkənin yeni imkanlardan istifadə etmək vaxtıdır. Dünyada təlatümlü hadisələrə baxmayaraq, yeni müdafiə naziri ölkənin qorumaq üçün ciddi qərarlar verməyə və hərbi xidmətdə olanları müdafiə etməyə hazırdır.”

Eşton Karter bu gün müdafiə nazirinin müavini Bob Vork, ordu, dəniz donanması və hava qüvvələrinin komandirləri və Birgə Qərargahlar rəisi general Martin Dempsi də daxil olmaqla Pentaqon rəsmiləri ilə görüşlər keçirib.

Gün ərzində yeni müdafiə nazirinin dövlət başçısı ilə görüşü planlaşdırılıb. …read more

From:: ANS