Bakıda böyük ixtisarlar

Bakının Badamdar qəsəbəsində xidmət göstərən taksi sürücüsünün dedikləri heyrət doğururdu: “Allah bərəkət versin ayda 500 manat evin kreditini, 350 manat maşının kreditini ödəyirəm”.

Taksidə gedən ANS PRESS əməkdaşı özünü sual verməkdən saxlaya bilmədi:

– Başqa sürücülər qan ağlayır, ayda 600-700 manatdan artıq qazana bilmədiklərini söyləyirlər. Sən necə bu qədər pul qazanırsan?

– Müəllim, əslində mən ali təhsilli mühəndisəm, dövlət şirkətində işləyirəm. Oradan ayda 700 manat maaş alıram. Taksi sürücülüyünü gecələr edirəm, saat 3-ə, 4-ə kimi işləyirəm. Bəzən sabahı diri gözlü açıram.

– Bəs, yatmırsan, gündüz işdə necə oturarsan?

– Orası asandır, əsas səhər vaxtında işdə ol. Üzün qırxılı, qalstukun yerində olmalıdır. Onsuz da işdə boş otururuq, camaat günü başa çatdırmaq üçün “Odnoklassniki”də, “Facebook”da vaxt keçirir. Mən də bala-bala kompüterin arxasında mürgü vururam.

Badamdarlı taksi sürücüsü dövlət qurumlarında yüksək maaş alaraq əvəzində heç bir iş görməyən minlərlə məmurdan biridir. Son günlərdə ölkə rəhbərliyi bir sıra struktur islahatları aparmaqla belə “ortada yeyib, qıraqda gəzən”lərin sayı bir xeyli azaldı. Yəni Dövlət Torpaq və Xəritəçəkmə Komitəsininin ləğv edildi və ölkədə əhaliyə elektrik k enerjisi təchizatı göstərən 4 dövlət qurumu “Azərişıq” ASC-də birləşdirildi. Bununla da bu xidmətlərin birbaşa fəaliyyətinə dəxli olmayan bir çox administrativ vəzifələr aradan qalxdı.

İqtisadçı ekspert, Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev ölkə rəhbərliyinin bu addımın dəstəkləməklə yanaşı, struktur islahatlarının hətta bir qədər gecikdiyini bildirir. Onun fikrincə, iqtisadiyyatı yalnız neft-qaz üzrə ixtisaslaşan Azərbaycanın hökumət aparatı həddindən artıq şişirdilib.

“Bizim bir sahəmiz var və onu da idarə etmək elə də çətin deyil. Adətən çoxsahəli iqtisadiyyatları idarə etməkdə çətinliklər olur. Amma buna baxmayaraq, təkcə nazirlikləri götürəndə, bizdə 20 nazirlik, üstəgəl komitələr var. Habuki, dünya iqtisadiyytının 20 faizini tutan Amerika kimi ölkədə cəmi 16 nazirlik fəaliyyət göstərir. Böyük Britaniyada 17, Almaniyada isə 12 nazirlik işləyir”, – deyə təcrübəli iqtisadçı bildirir.

Ekspertin fikrincə, bəzi nazirliklər və komitələri ləğv etməklə onları başqa nazirliklərin tərkibində şöbə və …read more

From:: ANS