Mobil telefonlarla bağlı yenilik

“Mobil telefonların ölkəyə idxalı zamanı xüsusi qaydalar tətbiq olunacaq”.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov söyləyib.

Nazir bildirib ki, ölkəyə daxil olan məhsullara xüsusi rejimin tətbiq olunması ilə bağlı plan hazırlanıb:

“Еlektron kommersiya ölkə əhalisi arasında böyük populyarlıq qazanıb. Lakin son vaxtlar bazarda əsasən mobil telefonların qaçaqmalçılığı ilə bağlı arzuolunmaz faktlar aşkar olunub. Biz müvafiq strukturlarla tədbirlər planı hazırlamışıq”.

Nazir əlavə edib ki, Azərbaycanda pərakəndə elektron kommersiya böyük sürətlə inkişaf edir: “2013-cü ildə elektron kommersiyanın həcmi 1,7 milyon manat təşkil edirdisə, ötən il bu göstərici 20 milyon manata çatıb”, – deyə nazir vurğulayıb. …read more

From:: ANS