Erməni giclərin bicliyi

Vurulmuş helikopter mövzusu erməni nəşrlərinin əsas mövzusu olaraq qalır. Bu gün erməni jurnalistləri maraqlanırlar ki, niyə beynəlxalq ictimaiyyət bu qalmaqala belə soyuq yanaşır?

Bəzi erməni politoloqlar mətbuatda yazırlar ki, Qərb Türkiyəyə görə belə edir və onun tərəfdaşı Azərbaycanı incitmək istəmir. Başqaları isə hesab edirlər ki, erməni helikopterinin məhvinə bu cür soyuq yanaşma hər şeydən öncə onunla bağlıdır ki, rəsmi İrəvan Avropa inkişaf yolundan imtina elədi və Avrasiya İttifaqına daxil olmaq barədə qərar qəbul elədi.

Onlar qeyd edirlər ki, Ermənistanda hərbi sahə az-çox iş görülən, sərmayə yatırılan nadir sahələrdəndir. Buna görə də helikopterin vurulması ermənilərin başında çox sayda suallar doğurub.

Amma heç biri sual vermir ki, həmin helikopter Azərbaycan torpağında nə gəzir? Həm də təlim-məşq uçuşları üçün niyə qoşunların təmas xəttinin lap yaxınlığındakı ərazi seçilib?

Əgər bütün risklər hesablanıbsa, bu addım atmaqda başqa məqsəd varmı? Pilotların onları nə gözlədiyindən xəbərləri var idimi? Suallar çoxdur, cavab isə yox. …read more

From:: ANS