Təyyarə torpağa batdı (VİDEO)

Türkiyədə təsirini artıran Sibir soyuqları təyyarə qəzasına səbəb olub.

ANS PRESS-in məlumatına görə, Atatürk Havalımanında Türk hava Yollarına (THY) məxsus təyyarə eniş etdikdən sonra torpağa batıb. Buna səbəb isə Beyrut – İstanbul səfərini həyata keçirən təyyarənin uçuş zolağından çıxması olub. Hadisədən dərhal sonra sərnişinlər təyyarədən evakuasiya edilib.

Türk hava Yolları əlverişsiz hava şəraiti səbəbiylə 168-ə reysi ləğv etdiyini açıqlayıb. THY 19 fevral tarixində də bəzi səfərlərini ləğv etdiyini elan edib. Bununla yanaşı, THY rəsmi internet saytından sərnişinlərə xəbardarlıq edib. Bildirilib ki, səyahət edən sərnişinlər uçuşlarla bağlı son vəziyyəti internet saytı və çağırış mərkəzlərindən nəzarət etsinlər.

Qeyd edək ki, İstanbulda qar səbəbiylə bu günə qədər 841 yol nəqliyyat hadisəsi baş verib. Şəhərin bəzi yerlərində qarın qalınlığı 60 santimetri ötüb. İstanbul da daxil olmaqla bəzi bölgələrdə məktəblərdə tətil elan edilib.

…read more

From:: ANS