3 dollarlıq erməni əsgəri

Erməni əsgərlərinin Gümrü aksiyalarını dağıtmaq üçün göstərdiyi “xidmət” Serj Sarkisyan tərəfindən “qiymətləndirilib”.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 15-də baş tutan aksiyanı dağıdan Daxili Qoşunların əsgərlərin hər birinə 1500 dram (3 dollar) mükafat verilib. Bütün gecə ərzində Gümrüdə qalan əsgərlərə isə 3000 dram (6 dollar) mükafat alıb.

Qeyd edək ki, 102-ci hərbi bazanın əsgəri Valeri Permyakovun 7 nəfərdən ibarət erməni ailəsini öldürdükdən sonra Gümrüdə aksiyalar keçirilmişdi. Aksiya Rusiyanın Gümrüdəki Konsulluğunun binası və 102-ci hərbi bazanın qarşısında baş tutmuşdu. Aksiya iştirakçıları rus hərbçinin Ermənistana təhvil verilməsini tələb edirdilər. …read more

From:: ANS