Özgəcan Aslanı zorlayan barədə həkim açıqlaması (FOTO)

Bütün Türkiyəni yasa bürüyən Özgəcan Aslan cinayətində qatilə kömək edən şəxsi həbsxanada döyərək xəstəxanalıq edilməsi xəbərinə aydınlıq gətirilib.

ANS PRESS-in məlumatına görə, qatilə kömək edənlərdən biri olan Fatih Gökçənin həbsxanada döyülməsi və Ərdəmli Dövlət Xəstəxanasına aparıldığı barədə xəbərlər yayılmışdı.

Xəbər qısa müddət ərzində sosial şəbəkə saytlarında, internet portallarında sürətlə yayılmağa başlamışdı. Hətta həbs edilən şəxsin həbsxanadakılar tərəfindən ombasının kəsildiyi vurğulanırdı.

Məsələ ilə bağlı açıqlama verən Ərdəmli Dövlət Xəstəxanasının baş həkim köməkçisi Ömər Ulak xəbərlərin yalan olduğunu və xəstəxanalarına elə bir şəxsin gətirilmədiyini söyləyib. Xəstəxananın növbətçi cərrahı da xəbəri təkzib edib və əsassız sayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Mersin vilayətinin Tarsus rayonunda Özgəcan Aslan adlı ali mktəb tələbəsi evinə getmək üçün mindiyi ictimai nəqliyyatda 3 nəfər tərəfindən zorlanaraq öldürülmüş, sonra isə cəsədi yandırılmışdı. Baş vermiş vəhşilik ölkə ictimaiyyəti tərəfindən böyük etirtazla qarşılanıb, bir çox hökumət nümayəndəsi və QHT-lər edan cəzasının bərpa olunması üçün işə başlayıb. …read more

From:: ANS