Debaltseve döyüşlərindən son görüntülər (VİDEO)

Ötən həftə imzalanan atəşkəs sazişinə baxmayaraq Ukraynanın strateji əhəmiyyət daşıyan Debaltseve şəhərində döyüşlər davam edir.

ANS PRESS-in məlumatına görə, separatçılar, Debaltsevenin əksəriyyətini ələ keçirdiklərini, hökumət isə hələ də şəhərə nəzarət etdiyini iddia edir.

Atəşkəsə riayət edilib-edilməməsini izləyən beynəlxalq müşahidəçilər şəhərə daxil ola bilməyiblər.

Bundan başqa, son möhlət bazar ertəsinin sonu olsa da, hər iki tərəf təmas xəttindən ağır artilleriyanın çəkilməsi barədə qaydalara əməl etməyib.

Minsk razılığına görə, tərəflərə silahların geri çəkilməsi üçün iki gün verilmişdi.

Kiyev hakimiyyəti bildirib ki, Debaltsevedə döyüşlər bitməyincə geri çəkilməyəcək.

Separatçılar da qeyd edib ki, Debaltsevedə razılaşmanın qaydalarına əməl edilmir, çünki şəhər mühasirədədir.

Bundan əvvəl, onlar ukraynalı əsgərlərin çıxması üçün dəhliz yaratmağı təklif ediblər, amma bu, yalnız onların silahsız tərk etməsi şərtilə ola bilərdi.

Ukraynanın hərbi komandiri bazar günü deyib ki, separatçılar 112 dəfə atəşkəsi pozub.

Mariupolda da hərbi əməliyyatlar davam edir.

Öz növbəsində Fransa, Almaniya və ABŞ Ukraynanın şərqində təhlükəsizliyin pozulmasından narahatlığını bildirib.

…read more

From:: ANS