Tanınmış aktrisadan zorlamaya qarşı xəbərdarlıq

Türkiyənin tanınmış aktrisası Akasya Asıltürkmen məruz qalınan zorlama hadisəsindən sonra zərərçəkmişin keçəcəyi hüquqi proses barədə məlumat verib. ANS PRESS-in məlumatına görə, bu barədə sosial şəbəkədə yazan Asıltürkmən Türkiyəni ayağa qaldıran Özgecan hadisəsindən sonra başına gələnləri paylaşmağı özünə borc bildiyini qeyd edib. Bu açıqlamalar zamanı aktrisa özünün də məruz qaldığı zorlama hadisəsini təqibçiləri ilə paylaşıb:

“Sus deyənlərin inadına yazacağam. Artıq utanmıram”.

Aktrisa bundan sonra başlayacaq hüquqi prosesdə atılmalı addımları 6 maddə halında sıralayıb:

1. Hadisə polis bölməsinə əks olunduğu zaman ifadə vaxtı qadın üçün psixoloq, uşaq üçün pedaqoq olmalıdır.
2. Zərərçəkmişin ifadəsi alınarkən onun qadın polis tələbi hökmən qarşılanmalıdır. İlk ifadə ən önəmli mərhələdir.
3. Xəstəxanaya göndərilmə və müayinə vaxtı zərərçəkmişin ruhi vəziyyəti nəzərə alınmalıdır.
4. Məhkəmə tibbi ekspertizası… başdan-ayağa dəyişilməlidir. Necə yorucu bir prosesdir, təxmin edə bilməzsiniz. İnsanı inək kimi damğalayırlar.
5. Məhkəmə zərərçəkmişin ünvanını şübhəli və yaxınlarının eşidəcəyi şəkildə oxuyur. Səhv! Eyni havanı tənəffüs etmək belə yanlışdır.
6. Kriminal müxbirlər verilən ifadələrlə cəmiyyəti məlumatlandırmaq üçün xəbər hazırlaya bilərlər. Qoyulan məhdudiyyət kifayət deyil. Məxfilik qorunmalıdır.

Üzləşmək.

17 yaşlı bir gəncin hücumuna məruz qalmağımdan 6 il ötür. İlləri saymaq asandır. Çünki hadisədən 30 gün sonra dünyaya gələn qohumumun yaşı da o qədərdir. İndi yazacaqlarımı paylaşmaq gücünü də dünən axşam “timeline”mdə gördüyüm/görməyə məcbur olduğum tvit sayəsində tapdım. İllərdir beynimin içində dolaşanları paylaşmaq üçün bir fürsət. Həyata qarşı əsəbi, vəhşi yetişmiş, bu arada sağalmaz xəstəliyə yaxalanmış bir uşaq. Kiçicik bir intiqam almaq istəyi, hiddət/qorxu hiss etmirəm.

Əsas xəbər buraxılışlarında ərinmədən, çəkildiyim seriallardan götürdüyü hissələri bəzi zorlama kadrları ilə birləşdirərək yayımlayan Uğur Dündar və onun kimiləri nacə bağışlayacağımı isə həqiqətən bilmirəm.

Çünki 17 yaşlı uşağın xəstə olduğunu fikirləşirəm. Bu jurnalist tayfasının isə pis ürəkli, ehtiraslı və mərhəmətsiz olduğu aşkardır. Çöldə zorlamaya məruz qalmış qadınların/qızların intihar etməsini gözləyirlər. Səbəbini düşündünüzmü? Xeyr! Sadəcə namus məsələsi deyil. O utancın ağırlığıyla yaşaya bilmədikləri üçün? Xeyr, xeyr!!! Qızın yaşadığı utancı demirəm. Bildiklərini daşıya bilməyən …read more

From:: ANS