Seçki günü qan töküləcək

Mərkəzi Afrika ölkələrində terror aktları həyata keçirən “Boko Haram” yeni təxribatlar törədəciyini bəyan edib.

ANS PRESS-in məlumatına görə, “Boko-haram” terror qruplaşmasının lideri Əbubəkr Şekau Nigeriyada keçiriləcək seçkiyə qarşı çıxacaqlarını əks etdirən videomüraciət yayımlayıb.

Nigeriyada seçki günü martın 28-nə təyin edilib.

Bundan əvvəl videomüraciətlərini disklərə yazaraq jurnalistlərə göndərən yaraqlılar bu dəfə “tvitter” mikrobloqundan yayımlamağa üstünlük veriblər.

Qeyd edək ki, Nigeriyanın hüquq-mühafizə orqanları ötən gün “Boko haram” terror qruplaşmasına qoşulmaqda şübhəli bilinən 160-da çox vətəndaşı həbs edib. …read more

From:: ANS