Poroşenko ABŞ-dan silah istəyir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti ilə Ukrayna prezidenti arasında telefon danışığı olub.

ANS PRESS-in məlumatına görə, ABŞ vitse-prezidenti Co Baydenlə telefon söhbəti həyata keçirən Pyotr Poroşenkonun silah yardımı istədiyi bildirilir. Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti xəbər yayıb.

“Prezident Poroşenko Minsk müqaviləsinə əməl olunmadığını, razılığın pozulduğunu və təcili tədbir görülməsinin vacibliyini qeyd edib. O, həmçinin ABŞ-ın Ukraynanın müdafiəsini gücləndirməsi üçün nəzərdə tutduğu silah yardımı bəyanatlarını da reallaşdırmağa çağırıb” – deyə xəbərdə bildirilir.

Bayden isə öz növbəsində ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, Ukraynada münaqişə başlayandan bəri ABŞ Kiyevə 320 milyon dollar yardım edib. …read more

From:: ANS