Bakıda daha bir kef məclisi qanla nəticələndi

Bakının Sabunçu rayonu ərazisində söyüş üstə düşən mübahisə qanla nəticələnib. Hadisə Ramana qəsəbəsi Südcülük savxozunda qeydə alınıb. Belə ki, gecə saatlarında 3 saylı Sabunçu xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kəlbəcər rayon sakini 43 yaşlı Müşfiq Nəcəfov gətirilib. Əməliyyata götürülən xəstənin qarın və əl nahiyələrində bıçaq yaraları aşkar olunub.

Hazırda xəstə reanimasiya şöbəsindədir vəziyyəti orta ağırdır. Yaralı ilə söhbət zamanı onun dostu tərəfindən vurulduğu məlum olub. Belə ki, tanışı ilə kafedə yeyib içəndən sonra evə getmək üçün oun avtomobilinə əyləşiblər bu zaman dostlar arasında mübahisə yaranıb.

Cinayəti törədən şəxs daha sonra hadisə yerindən qaçıb. Yaralı Müşfiq Nəcəfov vəziyyəti ilə əlaqədar polisə ifadə verə bilmədiyi üçün hadisənin hələlik kim tərəfindən törədilməsi məlum deyil.

Faktı Sabunçu rayon polis idarəsinin 12-ci polis bölməsi araşdırır.

Qeyd edək ki, son vaxtlar Bakıda dostlar arasında yeyib-içmə məclislərinin bıçaqlanma ilə nəticələnməsi intensiv hal alıb. …read more

From:: ANS