Günün bürcü: simiclik etməyin

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – hər şeyi atıb dünyanın o başına getmək, canınızı boğaza yığmış şəraitdən və insanlardan qurtulmaq istəyirsiniz. Di gəl, bir qədər əvvəl verilmiş vədləri yerinə yetirmək, öhdəlikləri icra etmək gərəkdir. Bezməyin, soyuqqanlı qalın.
Günün ikinci yarısı birgə layihələrin reallaşdırılması, ümumi məqsədə çatmaq üçün səylərin birləşdirilməsi üçün əlverişli deyil. Ən yaxşı ideyanın müzakirəsini ixtilaf, mübahisə, münasibətlərin aydınlaşdırılması korlaya bilər.

Buğa – ehtiyatlı olun, günün ilk yarısında ciddi problemlər yarana bilər. Onların həlli ilə ciddi şəkildə məşğul olun. Məntiqli olun, vaxtınızı mənasız işlərə həsr etməyin. İşgüzar tərəfdaşlar və müttəfiqlərlə cari məsələləri müzakirə edərkən emosional olmayın.
Planları reallaşdırmağa başlayanda effektiv fəaliyyət göstərin.
Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar istisna deyil. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Sizə inanan insanların etimadını doğrultmağa çalışın. Səfər və ya səyahət pis alınmayacaq. Şəxsi münasibətlərdə aktivləşin. Qətiyyətli olsanız, çoxdankı arzulardan birini çin edə bilərsiniz. Gəlirin məbləği böyük olmasa da, pullar işinizə yarayacaq.
Alış-verişdə ifrat simiclik etməyin.

Əkizlər – bəyəndiyiniz və ya maraqlandığınız işlə məşğul ola bilərsiniz. Ən müşkül məsələnin həllində yaradıcı fantaziyanızı işə salın. İdeyalarınızın kreativ olmasına çalışın.
Fiziki təmrinləri də unutmağa dəyməz. Xoş əhvallı, nikbin olun. Rutin məsələlər və ya qəflətən yaranan problemi əhvalınızı əsla korlamamalıdır.
Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi yüksək olacaq. Sevdiyiniz insanı sevindirin. Dost və ya tanışların müraciəti axşamla bağlı planların dəyişməsinə səbəb ola bilər.

Xərçəng – ən adi işlərlə yanaşı, mühüm məsələlərin çözülməsi üçün yaxşı zamandır. Bununla belə, genişmiqyaslı və yeni layihəyə başlayarkən səbrli olun, aramla davranın. İndi ağır işə başlamaq üçün əlverişli zamanın axtarılması vaxtıdır.
Günün ikinci yarısında işgüzar danışıqlar aparmaq olar. Yaxınlarınız sizi dəstəkləyəcək, planlarızın reallaşdırılmasında yardım edəcəklər. Ailədə nüfuzunuz artacaq.
Axşam saatlarını açıq havada keçirin.

Şir – kütlədən fərqlənməyə çalışın, boz və yeknəsək fərd olmayın. Diqqət mərkəzində olacaqsınız. Dediyiniz sözləri unutmayacaqlar.
Sizə paxıllıq edən insanın toruna düşməyin. Əməllərinizə fikir verin. Kimin rəqib, kimin də dost …read more

From:: ANS