Güclü qar ABŞ-ı iflic etdi (VİDEO)

Amerika Birləşmiş Ştatlarında bu qış çox sərt keçir. Maraqlıdır ki, ölkənin fərqli ştatlarında, fərqli sərt hava yaşanır. Proqnozlar isə daha sərt qışın davam edcəyini xəbər verir.

ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, Birləşmiş Ştatların Milli Meteorologiya Xidməti ölkənin şərq bölgəsində hava şəraitinin yenidən kəskinləşəcəyinə dair növbəti xəbərdarlığını edib. Pis hava şəraitilə əlaqədar olaraq bəzi ştatlarda fövqəladə vəziyyət də elan olunub.

Birləşmiş Ştatların mərkəzi və şərq hissələri güclü qar fırtınasına məruz qalıb. Qar fırtınası əsasən Missuri, Arkanzas, İllinoys, Tennesi, Kentuki, Virciniya, Şimali Karolina və Missisipi ştatlarında tüğyan edir.

Fevral ayının ortaları Birləşmiş Ştatların şəqr bölgələrində şaxtalı havanın rekord səviyyəyə çatacağı deyilir. Bəzi yerlərdə isə 15 sm-dən, 30 sm-ə qədər qar yağıb.

Nyu-Yorkun Votertaun şəhərində havanın temperaturu mənfi 36,6 dərəcə, Vaşinqtonun dağlıq bölgəsi isə mənfi 37 dərəcə olacaq. Paytaxt Vaşinqtonda 30 sm-ə qədər qar yağacağı gözlənilir. Boston şəhərində isə qarın hündürlüyü 2,4 metrə çatıb. Bu isə Bostonda rekord səviyyədə qardır.

Meteoroloji xidmət ilin ən soyuq günlərinin yaşandığını deyir. Qarlı hava ilə əlaqədar xüsusilə də sürücülərə ehtiyatlı olmağa dair xəbərdarlıq edilib. Vacib olmadığı təqdirdə sürməməyə dair tövsiyyə edilib.

Əlverişsiz hava şəraiti səbəbind dövlət idarələri, bir çox iş yerləri, məktəblər, mağazalar bağlıdır. Bundan başqa, 2500-dək aviareysin də ləğv edildiyi bildirilir.

Birləşmiş Ştatların Milli Meteorologiya Xidməti bu cür şaxtalı havanın hələ həftənin sonunacan davam edəcəyi proqnozlaşdırır.

…read more

From:: ANS