Kiyev daha bir ərazini itirdiyini etiraf etdi

Rəsmi Kiyev Ukraynanın şərqindəki Debaltsevo şəhərinin bir hissəsinin rusiyapərəst separatçılar tərəfindən ələ keçirildiyini təsdiqləyib.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna mətbuatı yazır.

Hazırda Debaltsevo şəhərində döyüşlər davam edir. Ukrayna ordusunun məlumatına görə, Ukrayna baş qərargahının 101-ci briqadası və xüsusi təyinatlı dəstənin 8-ci alayının hərbi qulluqçuları Debaltsevoda əsir düşüblər.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya görə, tərəflər fevralın 15-də atəşkəs elan edilməli, fevralın 17-dən isə ağır silahların cəbhə xəttindən geri çəkilməsinə başlamalı idi. Lakin atəşkəs cəmi 50 dəqiqə çəkdi …read more

From:: ANS