İŞİD 45 nəfəri yandırdı

İŞİD terror qruplaşması daha 45 nəfəri diri-diri yandıraraq edam edib.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri polis polkovniki Qasım əl Əbeydi yayıb.

Bildirilir ki, İŞİD terrorçuları ötən həftə Bağdad yaxınlığındakı “Ayn əl Əsəd” hərbi hava bazasının yaxınlığında olan qəsəbənin əksər hissəsini ələ keçirib.

Əbeydi, təhlükəsizlik qüvvələri ilə yerli rəsmilərin ailələrinin olduğu daha bir hərbi bazanın mühasirə altında olduğunu bildirərək beynəlxalq qüvvələrdən yardım istəyib.

Xatırladaq ki, ötən il dekabrın əvvəlində İŞİD terrorçuları ələ keçirdikləri iordaniyalı pilotu diri-diri yandıraraq görüntüləri bütün dünyaya yaymışdılar. …read more

From:: ANS