Elnur Hüseynov “O səs Türkiyə”nin finalında! (VİDEO)

“O səs Türkiyə” müsabiqəsinin yarımfinal gecəsi olub.

ANS PRESS-in məlumatına görə, yarışmada iştirakını davam etdirən yeganə azərbaycanlı müğənni Elnur Hüseynov yarımfinalda çıxış edib. Həmyerlimiz bu mərhələdə ölməz sənətkar Rəşid Behbudovun “Sənə də qalmaz” (“Yalqızam”) mahnısını səsləndirib.

İlk səsvermədə 6-lığa daxil olan həmyerlimiz və digər ifaçılar növbəti dəfə çıxışlarını ediblər. Son olaraq, 4-lükdə də yer alan Elnur finala vəsiqə qazanıb.

Münsiflər də onun çıxışını bəyəniblər və Elnur müsabiqənin yekun mərhələsinə – finala keçib.

Qeyd edək ki, Elnur Hüseynov “Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.

…read more

From:: ANS