Bakıda ağır yol qəzası: sürücü öldü

Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Yasamal rayonunda “Mercedes” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində, minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsində vəfat edib.

Xilasedicilər naməlum cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 01:06-da başa çatıb. …read more

From:: ANS