Lənkəranda 4 nəfər evakuasiya olundu

Lənkəran şəhəri ərazisində yağan yağışlar şəhər sakinlərini çətin vəziyyətə sallıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, yağan yağışlar nəticəsində, Lənkəran şəhərində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb və 4 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Əməliyyat saat 06:40-da başa çatıb. …read more

From:: ANS