İŞİD 120 gənci qaçırdı (FOTO)

İŞİD terrorçu qruplaşması İraqın paytaxtı Bağdadın 160 kilometr şimal-şərqində yerləşən Səlahəddin şəhərinə bağlı Tiqrit mahalında 120 gənci qaçırdığını bəyan edib.

ANS PRESS-in məlumatına görə, bu haqda Səlahəddin şəhərinin nümayəndəsi Mərvan Naci xəbər verib.

“İŞİD terror təşkilatı Tiqritdə etdiyi basqında əl-Abid və əl-Mesar tayfalarından 120 gənci qaçırıb”, – deyə Mərvan Naci bildirib.

Naci İraq təhlükəsizlik güvvələrinə qaçırılan vətəndaşların IŞİD-in əlindən alınması üçün dərhal müdaxilə etməyə çağırış edildiyini bildirib.

Mərvan Naci IŞİD-in daha əvvəl Elbu Nemr və Elbu Fahd tayfalarında etdiyi kimi yeni bir qırğın törətməsindən narahatlıq keçirdiyini bildirib.

…read more

From:: ANS