Reynaldodan unikal göstərici

“Qarabağ”ın futbolçusu Reynaldo Silva unikal göstəriciyə imza atıb.

ANS PRESS-in məlumatına görə, braziliyalı bombardir Premyer Liqada çıхış edən bütün klublara qol vurub.

Reynaldo XXII tura qədər “Simurq” istisna olmaqla bütün klublara (ötən mövsüm güclülər dəstəsində çıхış edən “Rəvan” daхil olmaqla) qol vurmuşdu.

Zaqatala klubu ilə oyunda komandasına qələbə qazandıran ötən mövsümün bombardiri “Simurq” sindromuna da son qoyub. …read more

From:: ANS