Azərbaycanın II peyki üçün orbital mövqe müəyyənləşdi

“Intelsat” beynəlxalq peyk rabitəsi təşkilatı və “Azərkosmos” ASC 45 dərəcə şərq uzunluğu orbital mövqeyindən birgə istifadə haqqında strateji saziş imzalayıblar.

Bu barədə ANS PRESS “Intelsat”a istinadən məlumat verir.

Tərəflər Azerspace-2/Intelsat 38 peykinin layihələndirilməsi məsələsində sıx əməkdaşlıq edəcəklər, istehsalat və inkişaf mərhələləri prosesində səy və imkanlardan istifadə edəcəklər.

Qeyd edək ki, ikinci peykin orbitə buraxılması 2017-ci ilə planlaşdırılıb. …read more

From:: ANS