Bakıda ağır avtobus qəzası

Bakını Nizami rayonu ərazisində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Vərəm dispanserliyinin yaxınlığında qeydə alınıb.

Bakı şəhər sakini, İlqar Məmmədovun idarə etdiyi 12 saylı, “DAEWOO” markalı10-TG-401 dövlət nömrə nişanlı avtobusla “VAZ-2104” mrkalı avtomobil toqquşub.

Qəza nəticəsində minik maşınının sürücüsü ağır yaralanıb. Sürücünün ayaqları sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

12 saylı avtobusun sahibkarı Arzu Nəcəfovun ANS PRESS-ə verdiyi məlumata görə, qəza minik maşının sürücüsünün günahı ucbatından baş verib.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS