Bu qadın 10 mindən çox kişi ilə yatıb (FOTO)

Avstraliyada fahişəliklə məşğul olan qadın 10 mindən çox kişi ilə bir yerdə olub və 80 evlilik təklifi alıb.

Öz həyatını bir kitabda toplayan Gvinet Monteneqro kitab satışa çıxdıqdan sonra iyul ayından bu günə qədər 80 evlilik təklifi aldığını bildirib.

ANS PRESS-in məlumatına görə, Monteneqro 12 ildə 10 mindən çox kişi ilə bir yataqda olduğunu yazdığı kitabında dünya mediasının diqqətini cəlb edib.

36 yaşındakı Montenegro aldığı evlilik təklifləri qarşısında təəccüblənib. O, həyatını artıq düzgün istiqamətdə yaşamaq istədiyini və əsil sevgini tapmaq arzusunda olduğunu kitabında qeyd edib.

Mühafizəkar xristian bir ailənin qızı olaraq dünyaya gəldiyini bildirən Monteneqro artıq karyerasının zirvəsində olanda, saat başına 500 ilə 1000 dollar arasında qazanıb.

Bu kitabda o, 18 yaşında bir gecə kulubundan çıxan zaman bir qrup kişi tərəfindən təcavüzə məruz qaldığını və bundan sonra həyatının bir daha əvvəlki kimi olmadığını yazıb.

…read more

From:: ANS