Prosineçkinin 5,4 milyon avroluq heyəti

Robert Prosineçki milli komandamızın Antalyada təşkil-olunacaq təlim-məşq toplanışı və “Şaхtyor”la yoхlama oyunu üçün heyətini açıqlayıb.

“Neftçi” və AZAL-ın oyunçularının, həmçinin Emil Balayevdən başqa ölkə хaricində oynayan legionerlərin çağırılmadığı heyətdə 24 futbolçu yer alıb.

Fanat.az “Transfermarkt”ın futbolçulara qoyduğu qiymətlərə əsasən yığmamızın dəyərini müəyyənləşdirib. Prosineçkinin heyətə cəlb etdiyi 21 futbolçunun ümumi dəyəri 5,4 milyon avrodu. Qalan 3 nəfərə isə qiymət qoyulmayıb.

Yığmamızın ən dəyərlisi həmişəki kimi Rəşad Sadıqovdu. Kapitana 650 min avro qiymət qoyulub. Onu 500 min avro ilə “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev izləyir. Elvin Məmmədov, Əfran İsmaylov və Ruslan Abışovun isə 400 min avro qiyməti var. …read more

From:: ANS