5-ci mərtəbədən yıxılan qadının həkimi danışdı (VİDEO)

Ötən gün 5-ci mərtəbədən yıxılaraq ağır xəsarət alan qadının vəziyyəti ağır olaraq qalır.

ANS TV-nin məlumatına görə, ilk olaraq özəl klinikalardan birinə aparılan 28 yaşlı Lalə Bayramova sonra 3 saylı Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaxınlarının istəyilə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.

Huşu özünə gələn Lalə Baramovanın vəziyyəti ağır qiymətləndirilir.

Həkim Ədalət Abdullayev xəstəxənaya daxil olan kimi Lalənin neyrocərrahın baxışından keçəndən sonra Travmatologiya şöbəsinə yerləşdirildiyini deyir. O xəstənin sol bazu sümüyünün, körpücük sümüyünün, 11-ci döş fəqərəsinin və 3-cü bel fəqərəsinin sındığını bildirdi. Xəstənin vəziyyətinin ağır-stabil olaraq qalır.

…read more

From:: ANS