Ermənilərin Ramil qorxusu

Ermənilər daha bir sərsəm bəyanat veriblər.

ANS PRESS-in məlumatına görə, separatçı Dağlıq Qarabağ Respublikasının “prezidenti”nin mətbuat katibi David Babayan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Bakıda səsləndirdiyi fikirlərə münsaibət bildirib.

Nulandın artıq Xankəndində olduğunu bildirən Babayan yenidən qeyd edib ki, girovlardan biri yalnız erməni zabit Qurgen Markaryanı öldürən Ramil Səfərovla dəyişə bilər.

Onu da bildirək ki, Azərbaycan tərəfi ermənilərin bu sərsəm tələbinə reaksiya vermişdi.

YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirmişdi ki, ermənilər Azərbaycanı, vətəndaşlarımızı təhqir etməklə Ramil Səfərovu cinayətə sövq etmişdi: “Biz bunu cinayət hesab etmirdik. Bizim iki vətəndaşımız isə sadəcə olaraq ata-baba yurdunu görməyə gedib. Hər hansı qanunu pozmayıb. Qanunu pozan həmin saxta qurumun rəhbəridir. Onun Xocalı faciəsində əli var, haqqında cinayət işi də var. Bu cür insanlara qarşı beynəlxalq tribunalarda, o cümlədən məhkəmələrdə cinayət işləri qaldırılmalıdır”.

Qeyd edək ki, Viktoriya Nuland bu gün Bakıda bəyan edib ki, Şuşada saxlanılan kəlbəcərli girovlar Diqləm Əsgərov və Şahbaz Quliyev Azərbaycana qaytarılmalıdır. Nulandın girovlarla bağlı bayənatı ABŞ tərəfindən edilən ilk rəsmi açıqlamadır.

Ermənilərin Ramil Səfərov tələbinə Azırbaycandan cavab verildi: Ermənilərə Ramil cavabı (VİDEO) …read more

From:: ANS