Türk nazir Putinin Türkiyəyə etdiyi jestdən danışdı (VİDEO)

Türkiyənin enerji naziri Taner Yıldız Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı 2015-ci il yanvarın 1-dən Rusiyanın Türkiyəyə satdığı təbii qazın qiymətini 6 faiz aşağı salması ilə bağlı razılaşmaya münasibət bildirib.

ANS TV-nin məlumatına görə, Taner Yıldız Türkiyənin təbii qazı ən ucuz satan ölkələrdən olduğunu və zərəri paylaşdığını deyib. Onun sözlərinə görə, əldə olunan razılaşmalar Bakı-Tiflis- Ceyhan layihəsindən sonra dünyaya açılan bazar olmasını qarşısına hədəf qoyur.

Türkiyənin enerji naziri “TANAP” layihəsinə də toxunub və onun Avropa coğrafiyası üçün çox mühüm layihə olduğunu vurğulayıb.

…read more

From:: ANS