Əməkdar artistin sağlamlığında problem (FOTO)

Əməkdar artist Gülnar Salmanovanın səhhəti yaxşılaşıb.

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu AN SPRESS-ə açıqlamasında Gülnar Salmanovanın səhhətinin yaxşılaşması haqqında məlumatı təsdiqləyib.

“İlk növbədə Mədəniyyət və Turizm Nazirliyinə hər zaman mənə xüsusi diqqət və qayğıyla yanaşdığı üçün təşəkkürümü bildirmək istəyirəm. Və sağ olsun Musiqili Teatrın kollektivi, bu çətin günlərdə heç vaxt məni tək qoymayıblar. Həmişə axtarıblar, həmişə yanımda olublar. Xüsusilə Teatrın direktoru Əliqismət Lalayevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Xəstələndiyim ilk gündən bəri istər maddi, istərsə də mənəvi cəhətdən hər zaman mənə dəstək olub. Nə yaxşı ki, dünyada Əliqismət Lalayev kimi insanlar var”.

Qeyd edək ki, aktrisa uzun müddətdir ki, dialez prosesindən keçir və şəkər xəstəliyindən əziyyət çəkir. Bir neçə gün öncə o, növbəti dəfə əməliyyat olunub.

…read more

From:: ANS