Bulvarda böyük sürpriz

“Avropa Oyunlarına qədər Dənizkənarı Bulvar ərazisi bütünlüklə Wi-Fi sistemi quraşdırılacaq. Qonaqlar və paytaxt sakinləri bulvar ərazisində 24 saat fasiləsiz sürətli internet xidmətində istifadə edə biləcəklər”.

Bu barədə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə açıqlamasında bildirib.

İdarə rəsmisi bildirib ki, bulvarda fəaliyyət göstərən kafe, restoran və ticarət obyektlərində POS-terminalların sayı artırılır. Onun sözlərinə görə, Bakı 2015 Avropa Oyunlarına qədər buvarda bütün əyləncə mərkəzləri, idman kompleksləri, kafe və restoranlarda POS-terminallar quraşdırılacaq.

Bundan əlavə, fevral-mart aylarında bulvara yeni gəzinti qatarları gətiriləcək.

“Dənizkənarı Milli Park genişlənəndən sonra ərazidə fəaliyyət göstərən qatarların hərəkət marşrutu artırılacaq. İlkin olaraq, ən az 2 qatar gətiriləcək. Hazırda ərazidə qatar 3 marşrut üzrə – Bakı Beynəlxalq Dəniz Vağzalından “Saat qülləsi”, oradan Dövlət Bayrağı Meydanına qədər və İdman Sarayından “Crystal Hall”un ətrafına qədər hərəkət edir. Hələlik marşrut ona görə dəyişdirilməyib ki, bulvarın hər iki istiqamətə genişlənən ərazisi istifadəyə verilməyib. Amma orada da işlər çox sürətlə gedir. Avropa Oyunlarına qədər, təxminən may ayında bulvarın yeni əraziləri də istifadəyə veriləcək. ”, – deyə Nazim Məcidov bildirib.

İdarə rəsmisi bildirib ki, bulvar ərazisi genişlənəndən sonra dənizdə gəmi gəzintisi marşrutu da genişləndiriləcək: “İndi gəmilər ancaq Dövlət Bayraq Meydanı və “Crystal Hall”un ətrafında fırlanır, bulvar genişlənəndən sonra isə bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək. Hələlik qış ayları olduğuna görə gəmilər havalar yaxşı olanda və yalnız şənbə-bazar günü tələbat olduğu üçün işləyir. Ona görə də marşrutu dəyişməyə heç ehtiyac yoxdur. Amma Avropa Oyunları zamanı marşrutların genişləndirilməsi nəzərdə tutulur”.

Nəzərdə tutulan yeniliklərdən biri də, bulvar ərazisi genişlənəndən sonra dənizdə gəmi gəzintisi marşrutunun genişləndirilməsidir. “İndi gəmilər ancaq Dövlət Bayraq Meydanı və “Crystal Hall”-un ətrafında fırlanır. Bulvar genişlənəndən sonra isə bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək. Hələlik qış ayları olduğuna görə gəmilər havalar yaxşı olanda və yalnız şənbə-bazar günü tələbat olduğu üçün işləyir. Ona görə də marşrutu dəyişməyə heç ehtiyac yoxdur. Amma Avropa Oyunları zamanı marşrutların genişləndirilməsi …read more

From:: ANS