Bakıda ər arvadını küçədə qanına qəltan etdi

Bakının Səbail rayonu ərazisində qadını küçənin ortasında qanına qəltan ediblər.

Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 19 radələrində qeydə alınıb.

Verilən məlumata görə, 32 yaşlı K.C. küçədə gedərkən bir kişinin hücumuna məruz qalıb. Həmin şəxs qadını bir neçə yerindən bıçaqlayıb. Daha sonra hadisə yerindən qaçıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerlşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Deyilənlərə görə, qadını keçmiş həyat yoldaşı bıçaqlayıb. Hazırda hadisəni törədən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS