Liderlər yenidən danışdı

“Normand dördlüyü”nün liderləri telefon vasitəsilə şərqi Ukraynadakı son durumu və atəşkəs rejimi ilə bağlı məsələləri müzakirə ediblər.

ANS PRESS-in məlumatına görə, çərşənbə axşamı gecəsi baştutan görüşdə “Normand dördlüyü”nün liderlərindən Vladimir Putin, Pyotr Poroşenko və Anqela Merkel danışıq qurublar. Fransa prezidenti Fransua Olland isə müzakirədə iştirak etməyib.

Kremlin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, tərəflər Minsk sazişinin həyata keçirilməsində köməyin müxtəlif formalarda davam edilməsi razılıq əldə ediblər.

Qeyd edək ki, BMT-nin hesabatına əsasən, Ukraynada münaqişənin başlandığı gündən bəri 5600-dən çox insan həlak olub. Uzun danışıqlardan sonra Ukraynanın cənub-şərqində atəşin dayandırılması haqqında saziş fevralın 15-də Kiyev vaxtı ilə saat 00:00-da (Bakı vaxtı ilə saat 02:00) qüvvəyə minib. …read more

From:: ANS