Sona 10 gün qalıb

Yunanıstan və Avropa Birliyi arasında danışıqlar son 5 gündə 2-ci dəfə iflasa uğrayıb.

ANS PRESS-in məlumatına görə, Avropa Birliyi Yunanıstan iqtisadiyyatına mərhələli şəkildə borc verilməsi proqramını davam etdirmək istəyir. Proqram Yunanıstan büdcəsində xərclərin azaldılması, kütləvi ixtisarları nəzərdə tutur.

Yunanıstanın maliyyə naziri Yannis Varoufakis deyib ki, onlara edilən təkliflər “absurddur”:

“Bizim yeni seçilən hökumət proqramın fəlsəfəsini qəbul etmir”.

Yunanıstanın fevralın sonuna qədər vaxtı var. Ölkəyə verilən 240 milyard avroluq borcun hazırkı tranşı bu ayın sonunda xərclənib qurtaracaq.

Əgər o vaxtacan razılıq əldə edilməsə Yunanıstan iqtisadiyyatı çökə və ölkə avrozonadan xaric edilə bilər. …read more

From:: ANS