Mübarizəyə 87 milyon dollar ayrıldı

Mərkəzi Afrika ölkələrində terror aktları həyata keçirən “Boko Haram”la əlaqəsi olduğu bilinən yüzlərlə adam saxlanılıb.

ANS PRESS-in məlumatına görə, Nigerin hüquq-mühafizə orqanları “Boko haram” terror qruplaşmasına qoşulmaqda şübhəli bilinən 160-da çox vətəndaşı həbs edib. Bu barədə Niger polisinin mətbuat katibi ölkə KİV-inə xəbər verib.

“Diffa şəhər sakinlərinə onların yaxalanmasında bizə köməklik göstərdikləri üçün təşəkkürümüzü bildiririk” – deyə polis rəsmisi bildirib.

Bundan başqa bildirilir ki, Mərkəzi Afrika ölkələri “Boko haram” qruplaşması ilə mübarizəyə 87 milyon dolar pul ayırıb. …read more

From:: ANS