Bu da müasir dilənçi (VİDEO)

Sosial şəbəkələrdə dilənçinin pos-terminaldan istifaddə etməsini əks etdirən görüntülər yayılıb.

ANS PRESS-in məlumatına görə, hadisə Hindistanda baş verib.

Avtomobil yolunda dayanaraq dilənçilik edən şəxs qadın sürücüyə yaxınlaşaraq ondan pul istəyir.

Bir müddət çantasını axtaran qadın dilənçiyə xırda pul olmadığını deyir.

Dilənçi isə çantasından pos-termninal cihazı çıxararaq pulu kredit kartı ilə də ala biləcəyini deyir.

Qadın sürücü isə gördükləri qarşısında təccübünü gizlədə bilmir.

Həmin videonu ANS PRESS oxucularına təqdim edirik:

…read more

From:: ANS