23 mindən çox adam dəhşətli bəlaya yoluxdu

“Ebola” virusundan ölənlərin sayı doqquz min üç yüzü ötüb.

ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə axşamı son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 9 353 nəfər olduğu bildirilib.

Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 23 182 insan təşkil edib.

Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Ebola virusunun yaratdığı epidemiya nəticəsində Liberiyada 3 907 nəfər ölüb, 9 007 nəfər isə yoluxub. Serra-Leonedə ölənlərin sayı bir qədər az – 3 401 nəfər olsa da, yoluxanların sayı digər ölkələrdən çox – 11 074 nəfərdir. Qvineyada isə həlak olanların sayı 2 052 nəfər, yoluxanların sayı 3 101 nəfərdir.

Qeyd edək ki, ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar. …read more

From:: ANS