Günün bürcü: pis gün deyil

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – Bəzi işlər sizi yormasın deyə hiperaktivlik etməyin. Uzunmüddətli layihələr gəlir verməyəcək. Onları müəyyən müddətə ertələyin. Həddən artıq çalışmayın, özünüzü yormayın.
İkinci dərəcəli problemlərin həlli ilə sabah da məşğul olmaq mümkündür.
Günün ikinci yarısı emosional zamandır. Şəxsi münasibətlərdə əsəblər gərilə bilər. Dəyər verdiyiniz insanla təmaslarda harmoniyaya nail olun. Laqeyd və qaba insan təsiri bağışlamayın.

Buğa – Cari məsələləri düşünün, rutin işlərdən boyun qaçırmayın. Böyükmiqyaslı məsələnin həllinə başlamaq olar. Məqsədə aparan yolda qətiyyətlə addımlasanız, uğur əldə edəcəksiniz. Amma bir qədər sonra kiçik problemlərin sayının artması sizi seçim qarşısında qoya bilər.
Yüz ölçüb, bir biçin.
Problemlərinizin həlli bütün diqqətinizi alaraq ailə üzvlərinizə laqeyd yanaşmanıza səbəb olmamalıdır. Qohumlara baş çəkmək üçün pis zaman deyil.
Romantik görüşü təxirə salın.

Əkizlər – Bilik və bacarıqlarınızı artırın. Yeni təcrübəni əxz edin. Bədxərcliyə yol verməyin, lazım olduğundan artıq pul sərf etməyin. Müxtəlif “status” əşyaları sizi şirnikləndirməsin. Pulsuz qalmamaq üçün nəyi nə üçün aldığınıza qərar verin.
Günün ikinci yarısında ailədə səmimi, harmonik ortam yaradır. Ünsiyyət xoş hisslər bəxş edəcək. Axşam saatlarına yaxın fəaliyyət tempini bir qədər azaldın. Mədədə ağrılar yaranmasın deyə rasionunuza fikir verin.

Xərçəng – Ətrafınızdakı insanların emosional durumu və əhvalı sizə də təsir edəcək. Sizi anlasınlar deyə, hər şeyi maksimal dərəcədə sadələşdirməyin. Qayğıkeş olun, laqeyd insan təsiri bağışlamayın. Nöqsanlarınızın tənqidi sizi ruhdan salmasın.
Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Dartışmalar, çək-çevir, münasibətlərin aydınlaşdırılması üçün yaxşı zaman deyil.
Səhhətinizi düşünün.

Şir – Planlarda dəyişikliklər zamanıdır. Tənqid hədəfinə çevrilməmək üçün düşünülməmiş addımlar atmayın. Əhvalınızın ətrafınızdakı insanların durumuna təsir etməməsinə can atın. Daşınmaz əmlakla bağlı əməliyyatları ertələyin.
Günün ikinci yarısında qısa səfər uğurlu alınacaq. Dəyər verdiyiniz insanlardan birinin davranışı sizi qıcıqlandıra bilər. Mübahisələrə qatılmayın, mənasız diskussiyalardan yayının. Yeni pəhrizi sınamaq üçün axşam saatları münasibdir.

Qız – Yeni biliklər və məlumatlar əldə etmək üçün münasib …read more

From:: ANS