Ramil Usubov geniş kollegiya iclası keçirdi

Daxili İşlər Nazirliyində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”nin və “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi”nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

ANS PRESS-in məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, göstərilən istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinin, qanunvericilik aktlarının, o cümlədən Dövlət Proqramlarının tələblərinə uyğun qurulmasının, əməliyyat-xidməti fəaliyyətdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinin qarşıda duran əsas vəzifələrdən olduğunu bildirib.

Qeyd olunub ki, cari ilin ötən dövründə daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər bütövlükdə qənaətbəxş olub, əldə edilmiş müsbət təmayüllər cari ilin on bir ayında da qorunub-saxlanılıb. Polisin əsas vəzifələrindən biri olan narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması və təqsirləndirilən şəxslərin axtarışının təşkili üzrə də davamlı iş aparılır, bu sahədə görülən işlər Kollegiya iclaslarında və əməliyyat müşavirələrində geniş müzakirə olunur, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə lazımi göstərişlər verilir, əməli köməklik göstərilir. Nazir son illər hər iki istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb.

Gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edən Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tutulmuş şəxslərin sayı 6 faiz çox olmaqla axtarışın nəticəsi 60,2 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 34,1 faiz təşkil edib. İnsan alveri, soyğunçuluq, mənimsəmə və israf etmə cinayətlərinə görə axtarılanların tutulma göstəriciləri orta hesabla 7 faiz yüksəlib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 68, bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub.
İtkin düşmüş şəxslərin …read more

From:: ANS