Ukraynanı dağıdan QRU polkovniki: “Kakoy-nibud Surət Hüseynov…”

Əvvəlcə Krımda, daha sonra Donbasda diversiya əməliyyatlarına başlayaraq Ukraynanı dağıdan QRU polkovniki İqor Strelkov (Girkin) fevralın 12-də Minskdə əldə edilmiş atəşkəs razılaşmasının ömrünün uzun olmayacağını deyib.

Strelkov “Rosbalt”a müsahibəsində müharibəni ancaq “Kiyevi faşistlərdən azad edəndən sonra” dayandırmağın mümkünlüyünü bildirib, həmçinin Azərbaycandan da misal gətirib və qiyamçı keçmiş baş nazir Surət Hüseynovun adını çəkib.

“Bütün bu danışıqlar, əldə edilən razılaşma hərbi planda hər hansı nəticəyə səbəb ola bilməz. Orada diqqəti cəlb edən yeganə hal o oldu ki, Vladimir Vladimiroviç sülhün əldə edilməsi naminə çox ciddi güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirdi. Lakin hesab edirəm ki, razılaşmanın əsas şərtinə – atəşkəsə Ukrayna tərəfi əməl etməyəcək və nəticədə əldə olunmuş bütün razılaşmalar avtomatik olaraq pozulacaq”- deyə QRU diversantı bildirib.

Xatırladaq ki, Strelkov ötən ilin avqustuna qədər “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” olub, daha sonra naməlum səbəblərdən geriyə – Moskvaya çağırılıb. Hazırda o, əsasən Ukraynada baş verənlərə dair siyasi şərhlərlə çıxış edir.

Strelkovun sözlərinə görə, müharibə hələ öz pik nöqtəsinə çatmayıb və hələ heç kim bunu dərk etmək istəmir. O, hər iki tərəfin müharibəyə cəlb etdiyi qüvvələrin artdığını, Ukraynanın əvvəlcə Donbası, daha sonra Krımı geri qaytarmaq niyyətindən əl çəkməyəcəyini deyib.

QRU polkovnikinin fikrincə, ötən ilin payızında Rusiya rəhbərliyi tərəfindən çox ciddi səhvlərə yol verilib. Birincisi, “Novorossiya”nın Rusiyaya birləşdirilməsi imkanı əldən buraxılıb, ikincisi, hücum əməliyyatları dayandırılıb və Kiyevdəki “xunta”nı devirmək şansı qaçırılıb.

Strelkov deyib ki, Ukrayna tərəfinin atəşkəs razılaşmasına əməl etməyəcəyinə tam əmindir. Nəticədə Donetsk və Luqanskın rəhbərləri də analoji addım atmalı olacaq.

QRU polkovniki 4 ay əvvəl Minskdə əldə edilmiş birinci razılaşmanın şərtlərinin heç vaxt yerinə yetirilmədiyini, Ukrayna ordusunun “Qrad”larla, toplarla, tanklarla cavab verdiyini deyib: “Bəs əminlik haradandır ki, bu dəfə onlar nəsə edəcəklər və silahları geri çəkəcəklər?”

Strelkovun sözlərinə görə, o, müxtəlif keyfiyyətlərdə cəbhədə olmuş adam kimi deyə bilər ki, əgər döyüşən tərəflərdən heç biri özünü uduzmuş hesab etmirsə, onları ayırmaq üçün sülhməramlılar qismində üçüncü qüvvə lazımdır. Minsk razılaşmasında isə sülhməramlılar …read more

From:: ANS