Baykerlərmizin ermənilərə qarşı aksiyası davam edir (VİDEO)

“Baku HOG Azerbaijan” klubunun üzvləri azərbaycanlılara qarşı törədilən 31 mart soyqırımın 100 illiyi ərəfəsində ənənəvi motoyürüşə start veriblər. İlk yürüş isə Şamaxı şəhərində olub. Baykerlər Şamaxının Hacıdərə kəndində Azərbaycan və türk şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

“Baku HOG Azerbaijan” klubunun başladığı bu aksiyanın məqsədi Azərbaycan və dünya ictimaiyyətinin diqqətinin azərbaycanlılara qarşı törədilən soyqırım aktına cəlb etməkdir.

1918-ci il 30 mart 3 aprel tarixi arasında ermənilərin Azərbaycana qarşı soyqırım törətdikləri yerlərdən biri də məhz Şamaxıdır.

Baykerlər Şamaxının Hacıdərə kəndində – döyüşlərin baş verdiyi ərazidə şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət etdilər. Hacıdərə ərazisindəki döyüşlərdə min nəfərdən çox əsgər şəhid olub.

“Baku HOG Azerbaijan” klubun üzvü Anar Quliyev aksiya ilə bağlı açıqlama verdi: “Şamaxının Hacıdərə ərazisi Azərbaycan xalqı üçün çox müqəddəs yerlərdən biri sayılır. Bu yerdə Azərbaycanın müstəqilliyini qorumaq üçün türk və Azərbaycan əsgərləri canlarını fəda ediblər. Mindən çox əsgər burada şəhid olub. Bizim məqsədimiz isə azadlıq uğrunda şəhid olmuş insanların ruhunu şad etməkdir”.

1918-ci il hadisələri zamanı Şamaxının 58 kəndi dağıdılıb. 7 min nəfərdən çox insan öldürülüb. Həmin dövrdə yenicə yaradılan Azərbaycan ordusu qızğın döyüşlərdən sonra ermənilərin qarşısını ala bildi.

İyirminci əsrin əvvəllərində başlayan hadisələrlə indiki dövr arasında analogiya aparan “Baku HOG Azerbaijan” klubunun rəhbəri Vahid Mustafayev deyir ki, indiki Azərbaycanın ordusu regionun ən qüdrətli silahlı qüvvələrindən biridir və qarşısına qoyduğu istənilən məqsədə nail olmaq iqtidarındadır.

…read more

From:: ANS