Nuland Bakıya gəlir

ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana səfər edəcək.

ANS PRESS-in məlumatına görə, Nuland Bakıya səfəri çərçivəsində ölkə rəhbərliyilə danışıqlar aparacaq.

Proqramın detalları hələlik dəqiq bildirilməyib. Ancaq böyük ehtimalla səfər zamanı ikitərəfli münasibətlərin vəziyyəti diqqət mərkəzində olacaq.

Bununla yanaşı, görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, ikitərəfli əməkdaşlığın perspektivləri və digər sahələrdə fikir mübadiləsi aparılacaq. …read more

From:: ANS