Nazir ABŞ-ın yeni səfirini qəbul etdi

Xarici İşlər Naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib.

ANS PRESS-in XİN-ə istinadla verdiyi məlumata görə, görüşdə səfir Robert Sekuta etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Robert Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov Səfir Robert Sekuta diplomatik fəaliyyətində uğurlar arzu edib.

…read more

From:: ANS