Ukraynadan qonaq gələn qızın Bakıdakı acı taleyi

Bakının Nizami rayonunda gənc qız faciəvi şəkildə ölüb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə qız dəm qazının qurbanı olub.

Hadisə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 17/16 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən evə Ukraynadan qonaq gələn 1995-ci il təvəllüdlü Alekseyevna Karina Aleksandrovnanın meyiti tapılıb. Meyit evin hamam otağında aşkarlanıb.

Araşdırmalar zamanı qızın dəm qazından öldüyü müəyyən olub.

Qeyd edək ki, ötən gün ərzində paytaxtda 7 nəfər dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS