Erməni qol vurdu, Azərbaycan klubu qələbə qazandı

İran çempionatında XX turun oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, “Traktorsazi” bu turda “Səba Qum”u qəbul edib.

Bu il keçirdiyi bir oyunda uduzan, digərində heç-heçə edən Təbriz klubu 2015-in ilk qələbəsini qazanıb. Belə ki, “Traktorsazi” rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Cənubi Azərbaycan təmsilçisinin heyətində Saman Cahan, Edinyo və və erməni Andranik Teymuryan fərqlənib.

Təbrizin digər təmsilçisi “Qostareş Fulad” Məşhəd “Neft”ini qəbul edib və heç-heçəyə razılaşıb. “Neftçi”nin sabiq forvardı Bahodir Nasimovun çıхış etdiyi “Padideh” evdə “Persepolis”ə uduzub – 0:1. Nasimov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Traktorsazi” 20 turdan sonra 35 хalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və lider “Neft”dan 4, 2-4-cü pillələrin sahiblərindən 2 хal geri qalır. “Padideh” 24 хalla 10-cu, “Qostareş Fulad” 18 хalla 15-ci pillədə qərarlaşıb. …read more

From:: ANS