Türk qadınları ayağa qalxdı (VİDEO)

Türkiyədə 20 yaşlı qızın xüsusi amansızlıqla öldürülməsi bütün ölkəni ayağa qaldırıb.

ANS TV-nin məlumatına görə, 20 yaşlı Özgəcan Aslan adlı qızın amansızcasına qətlə yetirilməsi bütün Türkiyəni ayağa qaldırıb. Ötən gün axşam saatlarında Mersində mikro avtobusa minən qızı zorlamaq istəyən sürücü qızın sərt müqaviməti ilə qarşılaşıb. Təcavüz edənin üzünü cırmaqlayan qızın dırnaqları arasında DNT-izləri qalmaması üçün sürücü onun əllərini kəsib. Bu vəhşiliyə etirazını bildirən bütün ölkənin qadınları səhərdən etibarən etiraz aksiyaları keçirib.

Paytaxt Ankarada sosial şəbəkə vasitəsidə Kızılay Güven parkına toplanan xeyli insan “Susma, sussan sıra sənə də gələr”, “Özgecan Aslan ölümsüzdür” şüarları səsləndiriblər.

İstanbulun Kadıköy meydanında 100-ə yaxın bayker Mersinli qızın qəddarcasına öldürülməsinə qarşı moto-etiraz keçirib. Qrup böyük bir Türk bayrağı açaraq, baş verən cinayəti qınayıb və hökümətdən günahkarların cəzalandırılmasını tələb edib.

Taksimdə isə bir qrup qadın yaxınlıqda bir restoranın eyvanına çıxaraq tələbənin qətlini pisləyən plakat asmağa çalışıb.

Qadınlarlar təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. 5 qadın polis şöbəsinə aparılıb

Analoji aksiya Trabzonda 700 qadının iştirakı ilə baş tutub.

Bursada isə bir qrup dindar qadın Özgecan üçün qiyabi cənazə namazı qılıb.

Baş vermiş hadisəni Türkiyə baş naziri Əhməd Davudoğlu qəti şəkildə pisləyərək, Özgecanı qətlə yetirənlərin ən sərt şəkildə cəzalanacağını bildirib. O xüsusilə kişilərə xitab edərək, qadına uzanan əlləri “qıracaqları” xəbərdarlığını edib.

…read more

From:: ANS